Həddindən artıq uzun ad böhranı: Qızına 78 hərfli ad qoydu

İspan aristokratiyasının aparıcı ailələrindən birində “həddindən artıq uzun ad” böhranı yaşanır. Yeni doğulan körpənin adı Sofía Fernanda Dolores Cayetana Teresa Ángela de la Cruz Micaela del Santísimo Sacramento del Perpetuo Socorro de la Santísima Trinidad y de Todos Los Santosdur.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İspaniyada Hueskar hersoqu Fernando Juan Fitz-James Stuart y de Solisin yeni doğulmuş qızının adı müzakirələrə səbəb olub.

33 yaşlı hersoq və onun 31 yaşlı həyat yoldaşı Sofiya Palazuelo ikinci körpələrinə Sofia Fernanda Dolores Cayetana Teresa Anqela de la Kruz Micaela del Santísimo Sakramento del Perpetuo Socorro de la Santísima Trinidad de Santodos adını veriblər.

“El Pais” qəzeti körpənin adının böhrana səbəb olduğunu və vətəndaşlıq qeydiyyatı idarəsinin belə uzun adı qeydə ala bilməyəcəyini yazıb. Səlahiyyətlilər bu qədər titulun qanuni həddi aşdığını bildirib.

Müzakirə sosial şəbəkələrdə də trend mövzusuna çevrilib. Bir çox insanlar körpə üçün belə bir ad seçməyi “axmaqlıq” kimi təsvir ediblər.

İspaniyada 2014-cü ildə dünyasını dəyişən Alba hersoginyası Maria del Rosario Cayetana Paloma Alfonsa Viktoriya Eugenia Fernanda Teresa Francisca de Paula Lourdes Antonia Josefa Fausta Rita Castor Dorotea Santa Esperanza Fitz-James Stuart y Silva Falco y Gurtubay 46 müxtəlif titulu ilə “uzun ad” rekordunu vurmuşdu.

Gununsesi.info