Hədiyyə vermək bəhanəsi ilə mənzilə daxil olub, təqaüdçünü qarət etdilər

Rusiyanın paytaxtı Moskva şəhərində 86 yaşlı təqaüdçünün evinə hədiyyə təqdim etmək bəhanəsi ilə daxil olan şəxslər yaşlı kişinin bank kartlarını oğurlayıb.

REN TV Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinə istinadən xəbər verir ki, hadisə Moskva şəhərinin Polyarnaya küçəsində yerləşən mənzillərdən birində qeydə alınıb.

Mənzilə daxil olan iki cinayətkar təqaüdçünü bıçağa bənzər əşya ilə hədələyərək, onun qollarını qalstuk və köynəklə bağlayıb, daha sonra bank kartlarını ələ keçirib və hadisə yerindən uzaqlaşıblar.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Gununsesi.info