Almaniya dördgünlük iş həftəsinə keçir.
Gununsesi.info yerli mətbuata istinadən xəbər verir ki, fevralın 1-dən Almaniyada fəaliyyət göstərən 45 şirkətdə dördgünlük iş həftəsinin tətbiqinə dair təcrübə başlayacaq.
Altı ay davam edəcək təcrübənin məqsədi iş günlərinin sayının azaldılmasının məhsuldarlığa necə təsir edəcəyini öyrənmək olacaq.
Yeni qərarın tətbiq ediləcəyi təqdirdə, işçilərin maaşları dəyişməyəcək.
Gununsesi.info