Həftənin ilk “Səyyar qəbul otağı” Ağcabədi rayonunun Salmanbəyli kəndində qurulub.
Gununsesi.info xəbər verir ki, görüş zamanı vətəndaşlar tərəfindən 9 müraciət səsləndirilib.
Görüş zamanı fərdi yaşayış evinin qazlaşdırılması barədə səsləndirilən müraciətlərin sayı isə 5 olub. “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən bütün müraciətlər dinlənilib, vətəndaşlara lazımi izahatlar verilib.