Həftəsonları hansı taksilərin fəaliyyətinə icazə veriləcək? - AÇIQLAMA

Həftəsonları hansı taksilərin fəaliyyət göstərəcəyi məlum olub.

Bu barədə Gununsesi.org-a Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

O bildirib ki, həftəsonu tətbiq ediləcək sərt karantin rejimi dövründə lisenziyası, fərqlənmə nişanı olan, “icaze.e-gov.az” portalında şəxsi məlumatları daxil edilən, avtomobilində xüsusi şəffaf arakəsmə olan taksilərin fəaliyyətinə icazə veriləcək: “Qanunsuz taksi fəaliyyəti ilə məşğul olan şəxslər barəsində isə qanunvericiliyə uyğun olaraq tədbir görüləcək”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlardaşənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.

 

 

Gununsesi.org