Həftəsonu bəzi elektrik qatarları işləməyəcək – RƏSMİ

İyulun 20-dək xüsusi karantin rejimi ilə əlaqədar Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının qrafikində dəyişiklik olunub.

Gununsesi.org bildirir ki, bu barədə Oxu.Az-a “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, iyulun 20-dək həftəsonları Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkət dayandırılacaq.

Qeyd olunub ki, Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 4, 5, 11, 12, 18 və 19 iyul tarixlərində hərəkətdə olmayacaq.

Gununsesi.org