Ölkədə beş nəfəri gün vurub

  • By admin
  • 18 İyul 2016 10:53

istidir

 

Gununsesi.info Apa-ya istinadən bildirir ki, son günlər havaların isti keçməsi ilə bağlı günvurma halları nisbətən artıb.

 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Raif Nağıyev Apa-ya deyib ki, iyulun 15-dək 5 günvurma hadisəsi qeydə alınıb. Həmin şəxslərdən 1 nəfər xəstəxanaya yerləşdiirlib: “Ayın 15-dən indiyədək isə 5 günvurma halı baş verib”.

 

R.Nağıyev əlavə edib ki, ötən ilin müvafiq dövrü ilə müqyaisədə günvurma halları azdır. Ötən il iyulun ortalarınadək 20-30 günvurma qeydə alınıb.

Gununsesi.info