Həftəsonu karantin rejimi olacaqmı? – İbrahim Məmmədov danışdı

  • By admin
  • 18 İyun 2020 10:53

“Koronavirus pandemiyası ilə əlaqədar bu həftə sonunda sərt karantin tədbirlərinin tətbiq edilməsi ilə bağlı hələ qərar verilməyib”.

Gununsesi.org xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bu barədə qərar olan kimi ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı daha əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirmişdi ki, bu həftənin cümə və şənbə günlərində sərt karantin rejimi tətbiq oluna bilər.

Gununsesi.org