Həftəsonu temperatur 30 dərəcəyədək yüksələcək

Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu daha da yüksələcək.

Bu barədə Gununsesi.info-ya Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Bildirilib ki, səhər və axşam saatlarında dumanlı hava şəraiti davam edəcək.

O qeyd edib ki, növbəti həftənin ilk günlərində, martın 17-18-də havanın temperaturu yüksələrək Bakıda və Abşeron yarımadasında 22-27, Aran rayonlarında 25-30, dağlıq rayonlarda isə 18-23 dərəcə isti olacaq.

 

 

Gununsesi.info