Həkim COVID-19-un dəhşətli nəticələrindən danışdı

Koronavirus damarlara güclü təsir göstərir. Vəziyyət damarların genişmiqyaslı iltihabına və qan laxtalanması pozğunluğuna qədər gəlib çıxa bilər.

Gununsesi.info xəbər verir ki, bu sözləri terapevt Georgi Sapeqo deyib.

HTML tutorial

“Təzyiq dərmanlarını düzgün qəbul edin və ya idman ilə məşğul olmamaq məsləhətdir. Əks təqdirdə bəzi damarlar zədələnə bilər”, – həkim “Sputnik” radiosuna verdiyi müsahibədə bildirib.

Mütəxəssis qeyd edib ki, COVID-19-dan sonra qan laxtalanmasının əmələ gəlməməsi üçün dərmanları ehtiyatla qəbul etmək lazımdır.

Gununsesi.info