“Həkim mənə dedi ki, bala, sənin axırın yoxdur”- KƏRİM ABBASOV (VİDEO)

“Həkim mənə dedi ki, bala, sənin axırın yoxdur”

“Mən İrana birinci dəfə keçən ilin yanvarında getmişdim. Öz səhhətimlə bağlı həkimlərə müraciət etmişdim. Siqaret çox çəkirdim deyə ciyərlərim ağrıyırdı”.

Gununsesi.info xəbər verir ki, bu sözləri “Səhər-səhər” proqramına qonaq müğənni Kərim Abbasov deyib.

Sənətçi səhhətində yaranan ciddi problemdən söz açıb: “Həkim mənə dedi ki, bala, sənin axırın yoxdur. Siqareti at, yoxsa həkimlərdə qalacaqsan. Həmin gündən 6 aydır ki, siqareti atmışam. Məşq edirəm və kökəlməyim vacib surətdə lazımdır. Uşaqlar da sağolsunlar, qulluğumda durdular”.

Gununsesi.info

COMMENTS