Həkim qiyafəsində girib xəstəxananı qana boyadılar – ŞOK VİDEO

  • By admin
  • 30 Yanvar 2024 13:03

İşğal altındakı İordan çayının qərb sahilində xəstəxanaya basqın edən İsrail qüvvələri biri müalicə olunan 3 fələstinlini öldürüb.

Gununsesi.info xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin yaydığı açıqlamaya görə, İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərindəki İbn Sina xəstəxanasına basqın edib.

Fələstinin səhiyyə naziri Mey əl-Kayle Birləşmiş Millətlər Təşkilatına, beynəlxalq və insan haqları təşkilatlarına etdiyi çağırışda İsrail qüvvələrinin Qəzza zolağı və işğal altındakı İordan çayının qərb sahilində Fələstin xalqına və səhiyyə müəssisələrinə qarşı törətdiyi cinayətlərə son qoyulmasını istəyib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın xəbərində öldürülən 3 fələstinlidən ikisinin qardaş olduğu bildirilib. Öldürülənlərin Muhəmməd və Basil Ayman əl-Gazavi və Məhəmməd Vəlid Celamine olduğu qeyd edilib.

Bildirilib ki, Basil Əyman əl-Qəzavi 25 oktyabr 2023-cü ildən xəstəxanada müalicə olunur. Məlumata görə, mülki geyimli, həkim və tibb personalı geyimində olan 10-a yaxın İsrail xüsusi təyinatlısı xəstəxanaya daxil olaraq, 3-cü mərtəbəyə qalxıb, susdurucusu olan silahlarla 3 fələstinlini qətlə yetiriblər.

Gununsesi.info