Həkim və tibb işçilərinin sayı azalır

  • By admin
  • 30 İyun 2017 14:12

photo_83650

Ölkədə həkimlərin sayında 1 faiz azalma var.

Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, 2016-cı ildə həkimlərin sayı 32 458 nəfər olub.

Beləliklə, hər 10 min nəfərə düşən həkimlərin sayı 33 nəfər olub. Halbuki, 2011-ci ildə 36.8 nəfər, 2013-cü ildə 35 nəfər olub. 2015-ci ildə isə hər on min nəfərə düşən həkimin sayı 34.6 nəfər olub.

İxtisaslar üzrə əsas azalma terapevtlərin, cərrahların, ginekoloqların, pediatrların, psixiatorların, gigiyena-epidemioloqların sayında müşahidə edilir. Oftalmoloqların, nevropatoloqların, stomatoloqların sayında isə artım olub.

Təəssüf ki, azalma orta tibb işçilərinin sayında da var. 2016-ci ilin statistikasına görə, orta tibb işçilərin sayı 54.9 min nəfər olub ki, bu da ondan əvvəlki illə müqayisədə 2.2 faiz azalıb. Qeyd edim ki, 2011-ci ilə 60 mindən çox orta tibb işçisi olub.

“Statkom” azalmanın səbəbini səhiyyə sistemində aparılan islahatlarla əlaqələndirib.

Vüsalə Rüstəmova

Gununsesi.info