Hindistan həkimləri 12 yaşlı oğlanın alnında burun yetişdiriblər. Oğlan kişik yaşlarda infeksiyaya tutulub və bunun nəticəsində onun burun qığırdağı dağılıb. Uşaq burundan məhrum olub.
Gununsesi.info BBC-yə istisnadən xəbər verir ki, həkimlər uşağa 4 mərhələli plastik əməliyyat ediblər. Əvvəl uşağın alnında yer “boşaldılıb”, sonra bu yerə qığırdaq toxuması yerləşdirilib. 3 ay ərzində yeni qığırdaq əmələ gəlib.
Bundan sonra qığırdaq uşağın alnından göturulub və burunun yerinə yerləşdirilib. Daha sonra uşağa alnını bərpa etmək üçün növbəti plastik əməliyyatlar ediblər. Hal hazırda yeni orqan normal işləyir və uşağın sağlamlığında heç bir problem yoxdur.
Bundan əvvəl buna oxşar əməliyyat Çində həyata keçirilib. Orada qəzaya düşmüş 22 yaşlı oğlanın dağılmış burnunu bərpa etmək üçün həkimlər təzə burnunu onun alnında yetişdirmişdilər.
Gununsesi.info