Həkimlər Elcanın dərdinə dəva tapmır

Aktyor Elcan Rəsulov xəstəliyindən danışıb.

Gununsesi.info axşam.az-a istinadən xəbər verir ki, ayaqlarında ağrı olan sənətçi izləyicilərinin bununla bağlı sualını cavablandırıb.

O bildirib ki, xəstəliyinin müalicəsi yoxdur:

“Bir dərman yazıblar, onu ömürlük atacağam. Hər gün 1 ədəd atıram. Başqa cür tibb hələ müalicəsini tapmayıb”.

Elcan uzun müddətdir ayağında ağrılar olduğunu yeriməkdə çətinlik çəkdiyini demişdi.

 

 

Gununsesi.info