Həkimlər Juri Lujkovun həyatını xilas etməyə çalışırlar

  • By admin
  • 23 Dekabr 2016 18:01

5901-712206

Moskvanın keçmiş meri Juri Lujkov təcili olaraq  Moskva xəstəxanalarından birinə yerləşdirilib.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki,  sabiq  mer üçün reanimatoloqlar briqadasının çağırılıb. Lujkovun vəziyyətinin günorta saatlarından sonra ağırlaşdığı bildirilir. Hazırda həkimlər sabiq merin həyatı uğrunda mübarizə aparırlar.
Qeyd edək ki, 80 yaşlı Yuri Lujkov 18 il (1992-2010) Moskva şəhərinin meri olub.

Gülnaz Qənbərli

Gununsesi.info