“Həkimlər qazilərimizin vəziyyəti barədə müntəzəm olaraq bizə məlumatlar verirlər” – Azər Badamov

  • By admin
  • 05 Fevral 2021 21:55
Azər Badamov: “Bu, bir daha onu göstərir ki, dövlətimiz hər zaman şəhid ailələri və qazilərin yanındadır”

Bu gün  YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov müalicə alan Vətən Müharibəsi qaziləri ilə bağlı açıqlama verib. Elvin Hüseynov bildirib ki, müalicə alan qazilərə özəl xəstəxanalarda da müalicə olunmaq imkanı yaradılır:

“Həkimlər qazilərimizin vəziyyəti barədə müntəzəm olaraq bizə məlumatlar verirlər. Qoyulan diaqnozlara əsasən qazilər üçün zəruri olan müalicə metodları barədə onlara məlumat verilir. Əgər qazilərimiz hansısa özəl xəstəxanada, hər hansı həkim tərəfindən əməliyyat olunaraq daha tez sağlamlıqlarına qovuşacaqlarına inanırlarsa, bu məqam nəzərə alınır. Biz həmin tibb müəssisəsi ilə müqavilə bağlayırıq və qazimizin həmin tibb müəssisəsində müalicəsini təşkil edirik. Elə qazilərimiz var ki, özəl xəstəxanada əməliyyat olunmaq istəyirlər. Bu cür vəziyyətlərdə onların istəkləri nəzərə alınır və ona uyğun tədbirlər görülür. Müxtəlif cərrahi prosedurlar – ayaq və qolda ağır zədələnmələr səbəbindən yaranan fəsadlar, ortopedik əməliyyatlar, bel nahiyyəsində əməliyyatlar və digər ağır xəsarətləri olan qazilərimizin istəklərinə uyğun olaraq özəl xəstəxanalarda müalicələri həyata keçirilir”.

YAŞAT Fondunun bu məsələdə müharibə qazilərinə yaratdığı şərait, onların hər bir istəyini nəzərə alması Fondun və onun timsalında dövlətimizin müharibə qazilərinə həssas, qayğıkeş münasibətinin isbatı sayıla bilərmi?

Açıqlama verən millət vəkili Azər Badamov, qazilərimizin dövlət tərəfindən hərtərəfli himayə olunduğunu vurğuladı:

“Ölkəmizin ərazi bütövlüyü uğrunda öz sağlamlıqlarını itirmiş insanlar dövlət qayğısı ilə əhatə olunmuşdur. Məhz bu kateqoriyadan insanların sağlamlıq imkanlarının bərpası, sosial problemlərin həllini planlı şəkildə həll edilməsi üçün Prezidentimizin fərmanı ilə YAŞAT Fondu yaratmışdır. YAŞAT Fondunu yardılmasının əsas məqsədi özsağlamlıqlarını itirmiş insanlara dəstək dayanmaqdır. Fondun nümayəndələri bütün şəhid ailələrində və qazilərin yanında olmuşdur. Onları narahat edən məsələlər qeydiyyata götürülmüşdür və mərhələli şəkildə həll edilir. Artıq şəhid ailələrin və Qarabağ qazilərinin müraciət ediləcəyi ünvan bəllidir. Bu, YAŞAT Fondu və İcraHakimiyyətlərində yaradılmış müvafiq şöbələrdir. Bu Fondun və müvafiq şöbənin yaradılmasında məqsəd şəhid ailələrinin və qazilərin problemlərinin həllində operativliyinin təmin edilməsidir. MəhzFondunrəhbəriElvinHüseynovun“müalicəalanqazilərəözəlxəstəxanalardadamüalicəolunmaqimkanıyaradılır”deməsidə,buinsanlaragöstəriləndövlətqayğısınıntəzahürüdür. Bu o deməkdirki, “qazilərimiz ancaq müəyyən olunmuş xəstəxanalarda müalicə olunmalıdır” düşüncəsi keçmişdə qalmışdır. Harda yaxşı müalicə etmək mükündürsə,mülküyyətindən asıllı olmayaraq,orda qazilərimizin müalicəsinə imkan yaradılır. Təbiiki, buinsanlarhərcürədövlətdəstəyinəlayiqdirlər. Şəhidailələrivəqazilərimizevlə, avtomobillətəminolunurlar. Dövlətimizhərzamanşəhidailələrivəqazilərinyanındadır, öz iqtisadi imkanları çərçivəsində sosial problemlərinin həllinə daima dəstək göstərir”.Moderator.az

Gununsesi.info