Həkimlər və müəlimlər kredit ala bilməyəcək -SƏBƏB

  • By admin
  • 26 May 2016 08:57

bank

Xəbər verdiyimiz kimi, bir sıra banklar kimi “Unibank” ASC-də yeni müştərilərə manatla kredit ayırmağı bərpa edib. Hal-hazırda Unibankda kredit tarixçəsinə malik olmayan yeni müştərilər üçün, yaş həddi 20-60 ( kreditin bitmə tarixi) və son iş yerində staj minimal 12 ay təşkil etməli, təkrar müştərilər üçün isə yaş həddi 20-65 (kreditin bitmə tarixinə) və son iş yerində minimal iş stajı 6 ay olmalıdır.

Hər iki halda minimal əmək haqqı 410 AZN təşkil etməlidir. Kreditin müddəti 3-24 ay, kreditin məbləği isə 300-5000 AZN arası müəyyən olunur.

Kredit üzrə illik faiz dərəcəsi 29% təşkil edir.

Gəliri təsdiq edən sənəd qismində iş yerindən arayış, əmək haqqı kartının, yeni və təkara müştəri olmasından asılı olaraq son 12 və 6 ay çıxarışı ya da elektron arayış ola bilər.

Kreditin ayrılması və ayrılacaq məblə, aylıq gəlirlər və kredit tarixçəsi təhlil olunduqdan sonra təhlilə əsasən Bank-da müəyyən olunacaq.

Qeyd edək ki,ÿminimal əmək haqqı 410 AZN təşkil etməsinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni kredit tələbləri əsasında müəyyən olunduğu bildirilir. (marja)

Amma burada bir sıra məqamları nəzərə almaq lazımdır. Azərbaycan iqtisadiyyatının 50 faizdən artığının kölgə iqtisadiyyatı olduğu beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunub. Eyni zamanda ölkədə ikili mühasibatlıq geniş yayılıb. Yəni əksər vətəndaşların aldıqları əmək haqqı rəsmi şəkildə göstərilmir. Bu isə bu qrupa daxil olan vətəndaşların kredit almasını mümkünsüz edir.

Digər bir tərəfdən isə müəllimlər, həkimlər, pensiyaçılar yeni qaydalarla kredit almaq imkanından kənarda qalacaq. Beynəlxalq maliyyə qurumlarının Azərbaycan hökumətinə manatla kredit verilməsini genişləndirməyi tövsiyyə etdiyi bir zamanda Azərbaycan tərəfi fərqli qərarlar verir.

Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, manatla veriləcək kreditlərdə məhdudiyyətin tətbiq olunması onunla bağlıdır ki, vətəndaşın kredit ödəmələri minimum istehlak büdcələrindən çox olmalıdır. Əvvəllər verilən kreditlərdə bu məqamın nəzərə alınmadığını deyən M.Talıblı bildirdi ki, bu kredit verilməsinin məhdudlaşdırılması məqsədi daşıyır: “Tamamilə onunla razıyam ki, ölkədəki bütün müəssisə və təşkilatlarda ikili mühasibatlıq var. Bütün bunlar onu deməyə əsas verir ki, vətəndaşlar aldıqları əmək haqqının müəyyən hissəsini qeyri-leaql yollarla əldə edir. Konkret halda qeydiyyata düşmədən alırlar. Belə bir vəziyyət bu kəsimin kredit almağa çıxışını məhdudlaşdırır. Azərbaycan reallığında həkimlər, müəllimlər, təqaüdçilər kredit almaqdan kənarda qalacaq. Amma Azərbaycan reallığında bu kəsim istənilən əmək haqqını alan və bunu rəsmi şəkildə təsdiq edə biləcək şəxslərin vasitəsilə kredit əldə etməyə çalışacaq. Yəni faktiki ödəyicilər həssas sosial qruplar ola bilər. Amma sənədləşmə təminatlı şəxslərlə bağlana bilər”.

M.Talıblı hesab edir ki, tətbiq olunan qadağa ona gətirib çıxaracaq ki, banklar kredit resurslarını satmaqda çətinlik çəkəcəklər.

Gununsesi.info

Xəyal