Həkimləri dəhşətə gətirən doğuş: 7 kiloluq…

  • By admin
  • 23 Yanvar 2023 19:05

Braziliyanın Amasonas əyalətində həkimləri heyrətə salan doğuş qeydə alınıb.

Gununsesi.info xəbər veirr ki, 7 kq çəki ilə dünyaya gələn Angersib Santos adlı körpə ölkədə gündəm olub.

Körpənin 27 yaşlı anası Kleidiane Santos doğuşdan bir gün öncə xəstəxanaya yerləşdirilib. Həkimlər anaya xəbərdalıq ediblər ki, körpə digər uşaqlardan fərqli olaraq daha böyük çəkiyə sahibdir və normal doğuş yolu ilə dünyaya gətirmək çətin olacaq. Bu səbəbdən də, qadına keysərriyə əməliyyatı etmək qərarını alıblar.

Nəhayət növbəti gün 57 santimetr boyu, 7 kq çəkisi olan körpə dünyaya gəlib. Doğuş zamanı ana və körpənin heç bir problemi olmayıb. Körpə üçün əvvəlcədən hazırlanmış paltarlar kiçik olduğu üçün yardım təşkilatları körpə üçün yeni paltarlar alıblar.

Gununsesi.info