“Həkimləri girov götürməmişik, sadəcə, yanımızda daimi həkim dəstəsinin olmasını istəyirik” - Silahlı dəstə

  • By admin
  • 27 İyul 2016 16:23

muddddd

 

“Biz həkimləri girov götürməmişik, biz sadəcə yanımızda daimi həkim dəstəsinin olmasını istəyirik. Ona görə də həkimlərin girov götürülməsi ilə bağlı deyilənlər yalandır”.

 Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, İrəvanda polis post-patrul alayının binasını zəbt edən silahlı dəstə həkimləri girov götürmədiklərini bəyan ediblər. Bu barədə “Parlament təsisçisi” radikal müxalifət hərəkatının üzvü Alek Yenqomşyan polis və Səhiyyə Nazirlyinin həkimlərin girov götürülməsi ilə bağlı açıqlamalarını şərh edərkən deyib: “Hazırda içəridə iki yaralı var və oradakı uşaqların iki tələbi var. Onun birincisi tibbi yardımdır. Hazırda orada həkim dəstəsi var. Ancaq polis deyir ki, həkimlər girov götürülüb. Belə bir şey yoxdur. Qoy digər həkim briqadası gəlsin və içəridə olan dəstə ilə dəyişək. Sadəcə, içəridəki uşaqlar istəyirlər ki, yanlarında növbə ilə daimi həkim briqadası olsun”. A.Yenqomşayn deyib ki, uşaqların ikinci tələbi deputatlarla görüşməkdir. Hakimiyyətlə danşıqlara gəldikdə A. Yenqomşyan əlavə edib ki, hakimiyyət danışıqlar aparmır. “Jerayr Sefilyan hakimiyyətə danışıqlar aparılması barədə təklif verdi. Ancaq hakimiyyət bildirdi ki, əvvəlcə girovları buraxın,sonra başqa məsələləri müzakirə edərik. Girovları buraxdıq, digər məsələlər barədə heç nə deyilmir. Necə deyərlər, yalan davam edir”.

Gununsesi.info