
Müğənni Lətifə Soyuöz uzun fasilədən sonra yenidən obyektiv qarşısına keçib. Gununsesi.org xəbər verir ki, sənətçi dəniz kənarında cəsarətli fotosessiya etdirib. Lətifə bildirib ki, yeni fotolarını mahnıları üçün çəkdirib:
“İki yeni mahnı hazırlamışam: biri italyan, digəri türk. Çoxdandır fotosessiya etmirdim. Amma gözəl alındı. Fotoqrafın işi məni həyəcanlandırdı. Düşünürəm ki, belə fotosessiyanı Azərbaycanda edən olmayıb”.
Lətifə onu da qeyd edib ki, uzun müddətdir sosial şəbəkədən də uzaqlaşıb. “Heç bir paylaşım etmirdim. Bir az işlərim çox idi. Bir də artıq iyrənmişdim. O qədər mənasız insanlar və paylaşımlar var ki…”- deyə ifaçı qeyd edib.
Fotolar Əliəkbər Fəridə məxsusdur.
Gununsesi.org