Hələbin yaşayış yerlərinə təşkil olunan hava hücumları nəticəsində çox sayda mülki şəxs həlak olub.
Gununsesi.info “Akşam” qəzetinə istinadən xəbər verir ki, Hələbdəki mülki müdafiə әmәkdaşı İbrahim Əbu Leys “Anadolu” agentliyinə açıqlama verərək bildirib ki, Əsəd və Rusiya ordusuna aid döyüş təyyarələrinin Hələb şəhərində müxaliflərin yerləşdiyi yaşayış məntəqələrinə təşkil etdiyi hava hücumları nəticəsində 59 nəfər həyatını itirdiyi, 137 nəfərin yaralandığı, onlarla insanın isə dağıntı altında qaldığı bildirilir.
Yaralılar dərhal xəstəxanay yerləşdiriliblər.
Hazırda xilasedicilər dağıntılar altında qalan insanları oradan çıxartmağa çalışırlar.
Anar
Gununsesi.info