Hələb hava limanı təmir işlərindən sonra yenidən açılıb

  • By Admin2
  • 19 Mart 2025 10:41

Hələb Beynəlxalq Hava Limanı 3 aylıq təmir işlərinin tamamlanmasından sonra yenidən fəaliyyətə başlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, açılış mərasimində  Hələb qubernatoru , hava yollarının direktoru və Hələbin tanınmış simaları iştirak ediblər.

Daha əvvəl devrilmiş rejim ünsürlərinin və terror təşkilatı PKK/YPG-nin vurduğu ziyana görə hava limanı fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdı.

Mülki Aviasiya Baş İdarəsinin intensiv səyləri nəticəsində hava limanı 3 aylıq təmir işləri başa çatdıqdan sonra bu gün yenidən fəaliyyətə başlayıb.

Dəməşq Beynəlxalq Hava Limanından gələn təyyarə hava limanında mərasimlə qarşılanıb və Hələbdən Dəməşqə uçuş həyata keçirilib.

Gununsesi.info