Hələb yenidən Əsəd rejiminin nəzarətinə keçdi - Şəhərdə "insanlıq dramı" yaşanır

  • By admin
  • 14 Dekabr 2016 08:51

haleb

Suriya hökuməti şərqi Hələb üzərində nəzarətini bərpa edib.

Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin deyib.

“Son saata əldə etdiyimiz məlumata əsasən, şərqi Hələbdə hərbi əməliyyatlar dayandırılıb” – deyə, o, qeyd edib.

Bununla belə, mənbə agentliyə silahlıların son qrupunun hələ də şəhərdən çıxmadığını bildirib, hazırda əməliyyatın detallarının (dəhlizin, nəqliyyat vasitələrinin ayrılması və digər təhlükəsizlik məsələləri)  razılaşdırılması prosesi davam etdirilir.

Çurkin bundan əvvəl silahlıların şəhərdən çıxarılmasına dair razılaşmanın əldə olunduğunu bildirib.

Onun sözlərinə görə, silahlılar ailə üzvləri və yaralı silahdaşları ilə əvvəlcədən razılaşdırılmış dəhlizlərlə şəhəri tərk edirlər.

***

Onu da qeyd edək ki, Rusiya və Türkiyə XİN rəhbərləri Sergey Lavrov və Mövlud Çavuşoğlu telefon danışığı zamanı Suriyanın Hələb şəhərində yaranmış vəziyyəti müzakirə ediblər.

Bu barədə Türkiyənin NTV telekanalı hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

Bundan əvvəl Türkiyə XİN-i Rusiya hərbçilərinin Hələbdəki yerli silahlı qruplaşmalarla danışıqlardan sonra atəşkəsə nail olduqlarını bildirib.

Gununsesi.info