Hələbdə hava zərbələri 36 nəfərin həyatına son qoydu

Suriyanın Hələb şəhərinə endirilən hava zərbələri nəticəsində azı 36 nəfərin öldüyü deyilir. Ölənlər arasında Hizbullah döyüşçülərinin də olduğu bildirilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Suriya Müdafiə Nazirliyinin açıqlamasında yerli vaxtla saat 01:45-də Hələb çölündə bir neçə nöqtədə həyata keçirilən hücumlarda bəzi mülki şəxslərlə yanaşı, hərbçilərin də həlak olduğu bildirilib.

Suriya Müdafiə Nazirliyinin açıqlamasında yerli vaxtla saat 01:45-də Hələb çölündə bir neçə nöqtədə həyata keçirilən hücumlarda bəzi mülki şəxslərlə yanaşı, hərbçilərin də həlak olduğu bildirilib.

Mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu tərəfindən verilən açıqlamada, “çoxlu” insanın yaralandığı hücumlarda Hizbullahın istifadə etdiyi Hələb Beynəlxalq Hava Limanı yaxınlığındakı silah anbarlarının hədəf alındığı bildirilib.

Reutersun yaydığı xəbərə görə ölənlərin sayı 38 nəfərdir və ölənlər arasında 5 Hizbullah döyüşçüsü də var.
Suriya Müdafiə Nazirliyi dünən İsrailin paytaxt Dəməşq yaxınlığında həyata keçirdiyi hava hücumunda 2 nəfərin yaralandığını açıqlayıb.

Qeyd edək ki, Suriya Müdafiə Nazirliyi dünən İsrailin paytaxt Dəməşq yaxınlığında həyata keçirdiyi hava hücumunda 2 nəfərin yaralandığını açıqlamışdır.

 

 

 

Şəbnəm

Gununsesi.info