
Hələbin yaşayış yerlərinə təşkil olunan hava hücumları nəticəsində çox sayda mülki şəxs həlak olub.
Gununsesi.info-nun “Akşam” qəzetinə istinadən xəbər verir ki, Hələbdəki mülki müdafiə әmәkdaşı İbrahim Əbu Leys “Anadolu” agentliyinə açıqlama verərək bildirib ki, Əsəd və Rusiya ordusuna aid döyüş təyyarələrinin Hələb şəhərində müxaliflərin yerləşdiyi yaşayış məntəqələrinə təşkil etdiyi hava hücumları nəticəsində 51 ölü, 150 nəfər isə yaralanıb.
Məlumata görə, yaralılar dərhal xəstəxanay yerləşdiriliblər, ölü sayının artacağı istisna edilmir.
İbrahim Əbu Leysin sözlərinə görə, noyabırın 15-də bu günə kimi – Rusiya, Suriya, İran, İraq və Hizbullah ordu qüvvələri Hələbin müxtəlif bölgələrində keçirdikləri hərbi əməliyyat zamanı, ümumilikdə 694 mülki şəxs həlak olub.
Anar
Gununsesi.info