Hələbdə terror aktı nəticəsində ölənlərin sayı 112 nəfərə çatıb

  • By admin
  • 16 Aprel 2017 16:30

misir terror

 

Suriyanın Hələb şəhərinin Raşidin rayonunda təxliyə avtobusları yaxınlığında törədilmiş partlayış nəticəsində ölənlərin sayı 112 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” Suriyanın İnsan Haqları üzrə Rəsədxanasına istinaadən məlumat yayıb.
Qeyd edək ki, Raşidin rayonunda törədilən terror aktı nəticəsində ölənlər arasında qadınlar, uşaqlar da var. Hadisə zamanı 130-dan çox dinc sakin xəsarət alıb.

İlkin məlumatda sərnişin avtobuslarının dayandığı yanacaqdoldurma məntəqəsi yaxınlığında kamikadzenin özünü partlatdığı bildirilirdi.

Fua və Kefrayə yaşayış məntəqələrindən təxliyə edilmiş sakinlərin olduğu avtobusların bir qismi terrorçuların nəzarəti altında olan Raşidin rayonu ərazisində qalıb.

 

Gununsesi.info