Bəşər Əsəd rejiminə sadiq silahlı qüvvələrin Hələb şəhərində evlərə basqın edərək dinc sakinləri qətlə yetirməsinə məşhur türk müğənnisi İbrahim Tatlısəs lənət oxuyub.
Gununsesi.info Türkiyənin “Akşam” qəzetinə istinadən xəbər verir ki, İbrahim Tatlısəs dinc sakinləri qətlə yetirilməsi səhnəsini xəbərlərdə izlədikdən sonra özünə hakim ola bilməyib və ağlamağa başlayıb.
“Xəbəri izlədikcə, ağlamaqdan gözlərim qızarıb, qan çanağına döndü”-, deyərək “İnstagram” səhifəsində fikirlərini bölüşən məşhur türk müğənnisi çoxsaylı izləyicilərinin rəğbətini qazanıb: “17 il öncə mən Hələbdə xalqın qarşısında konsert vermişdim. İndi isə Hələbi xəbərlərdə dəhşətlər içində izlədim, çiyərim parçalandı. Quçağında uşağı ilə qaçan atalar, yaralı körpələr. Onları izlədikcə içim çürüdü, ağlamaqdan gözlərim qızarıb, qan çanağına döndü. Bu an gözlərim önünə qızım Elif gəldi. Bu qırğını dayandırmayan, özünü böyük siyasətçilər hesab edənlərə lənət olsun! Öz uşaqları belə bir vəziyyətdə olsa, necə olardı, görəsən?”
Anar
Gununsesi.info