Qarabağda son hərbi əməliyyatlarda həlak olan hərbçilərdən altısının kimliyi müəyyənləşib.
Sentyabrın 28-də Azərbaycan Müdafiə Nazirliyinin həlak olanlarla bağlı yaydığı siyahıda artıq 186 nəfərin adı yer alır. Əvvəlki siyahıda isə 180 hərbçinin adı vardı.
Sentyabrın 27-də Səhiyyə Nazirliyi bildirmişdi ki, “lokal antiterror tədbirləri” zamanı Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu həlak olub. Həlak olanlardan birinin də mülki şəxs olduğu açıqlanıb.
Məlumatda əlavə edilirdi ki, 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.
Beləliklə, hərbi əməliyyatlar zamanı həlak olmuş hərbi qulluqçuların sayının 198-ə (mülki şəxslə 199) çatdığı bildirilir.
Mais
Gununsesi.info