Həlak olan neftçilərin dəfn mərasimi SOCAR tərəfindən həyata keçiriləcək

  • By admin
  • 16 Dekabr 2016 13:13

estakada_789

“Azneft” İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində həlak olan neftçilərin dəfn mərasimi SOCAR tərəfindən həyata keçiriləcək.

Gununsesi.info-nun xəbərinə görə,  bu haqda   operativ qərargahdan məlumat verilib.
Belə ki,  həlak olan neftçilərin 40 mərasiminə kimi ailələrinə  hərtərəfli maddi və mənəvi dəstək göstəriləcək: “Hazırda bütün diqqət neftçilərin axtarış və xilasetmə işlərinə yönəldilib. Növbəti mərhələdə itkin düşmüş neftçilərin sığorta və digər maddi yardımlarla təmin edilməsi həyata keçiriləcək.
Ötən ilin 4 dekabrında “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə təbii fəlakət nəticəsində baş vermiş qəzada həlak olan neftçilərin ailələrinə edilmiş bütün təminatlar eynilə tətbiq olunacaq. Bunun üçün həm dövlət, həm SOCAR, həm də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq kömək göstəriləcək”.

Qeyd olunub ki, eyni zamanda itkin düşmüş neftçilərin 18 yaşına kimi övladları aidiyyəti üzrə SOCAR tərəfindən himayəyə götürüləcək: “23 yaşına kimi ali təhsil olan övladlarına aidiyyəti üzrə kömək göstəriləcək. Digər maddi və mənəvi köməkliklər göstəriləcək”.

Gülnaz Qənbərli

Gununsesi.info