
İran prezidenti və onun komandasının mindiyi helikopterin qəzadan sonra yeri 10 saat sonra müəyyən olunub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, gecə saat 4:30 radələrində (Bakı vaxtı ilə) Türkiyənin “Bayraktar Akıncı” pilotsuz uçuş aparatı axtarışların aparıldığı ərazidə “istilik mənbəyi” aşkarlayıb. Saat yarımdan sonra xilasedicilər qəza yerinə çatıblar. Rəisini daşıyan helikopter mayın 19-da axşam İranın şimal-qərbində dağlıq ərazilərdə yoxa çıxıb.
Kortejdə ümumilikdə üç helikopter olub, onlardan ikisi təhlükəsiz yerə enib. Helikopterdə yüksək vəzifəli məmurlar arasında xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbriz məscidinin imamı Məhəmməd Əli əl-Haşem və Şərqi Azərbaycan vilayətinin qubernatoru Malik Rəhməti də olub.
Sənan Qurbanlı