
2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 və ”Neft Daşları”ndakı 501 saylı dəniz özüllərində təbii fəlakət nəticəsində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinə abidə qoyulacaq.
Gununsesi.info-nun xəbərinə görə, bu haqda SOCAR prezidenti Rövnəq Abdullayevi göstəriş verib. Belə ki, fədakar neftçilərin xatirəsinə ucaldılan bu abidə bir tarixi ənənənin davamıdır.
Qeyd edək ki, 1957-ci ildə şiddətli qasırğa Neft Daşlarında 21 neftçinin həyatına son qoymuşdu. Müstəqillik əldə ediləndən sonra – 1999-cu ildə həmin neftçilərin xatirəsinə Neft Daşlarında abidə ucaldılıb.
Xatırladaq ki, “Neft Daşları” hadisəsindən sonra Xəzər dənizinin Azərbaycana aid olan hissəsində ən böyük təbii fəlakət 2015-ci il dekabrın 4-dən 5-nə keçən gecədə baş verib. Dənizin şiddətinə qarşı qeyri-bərabər döyüşdə həlak olmuş neftçilərin qəhrəmanlıq salnaməsini əbədiləşdirmək üçün qoyulacaq abidənin açılışı bu il fəlakətin ildönümündə planlaşdırılır.
Gülnaz Qənbərli
Gununsesi.info