
Əncir tərkibindəki maddələr sayəsində sağlamlığı qorumaqla yanaşı, həm də çəkiyə nəzarət edən bir meyvədir.
Gununsesi.info xarici KİV-ə istinadən adı çəkilən meyvənin faydalarını təqdim edir.
– Vitamin, mineral və antioksidan baxımdan faydalı olub sağlamlığı qoruyur.
– Kalsium, dəmir və sink baxımından zəngindir.
– Potasium baxımından zəngin olub, qan təzyiqini nəzarətdə saxlayır.
– Pəhriz zamanı əncir çoxlu miqdarda yeyilərsə, enerji qazanılmasını azaldaraq çəkini nəzarətdə saxlayar.
– Yüksək lifi meyvə olduğundan menopauza dövrü yaşayan xanımlarda döş xərçənginə yoluxma riskini 34 faiz azaldır.
– Əncir eyni zamanda qəbizliyində qarşısını alır. Hər səhər ac qarına 2-3 ədəd əncir yeyib üzərindən 1-2 stəkan su için. Bağırsaqlarınız daha yaxşı çalışacaq və qəbizlikdən xilas olacaqsınız.
– Ürəyiniz şirniyyat istəsə, əncir yeməklə bu ehtiyacınızı ödəyə bilərsiniz. Salatlarda quru əncir istifadə edilməsi yetərli lif qəbul etməmizə və bağırsaqlarımızın daha yaxşı işləməsinə kömək edəcək.
Gununsesi.info