“Həm Putin, həm də Zelenski ilə təmasdayıq” - ƏRDOĞAN

  • By admin
  • 16 Fevral 2022 17:13

“Həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Vladimir Zelenski ilə dialoq və təmasdayıq”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-dən səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində söyləyib.

HTML tutorial

“Bunun gərginliyin azaldılması üçün əhəmiyyətli imkan olduğunu düşünürəm”, – dövlət başçısı vurğulayıb.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə telefon diplomatiyası aparmaqla onun məsələlərə münasibətini öyrənəcək.

 

 

Gununsesi.info