Dieta zamanı ət məhsullarından ən çox istifadə ediləni toyuq və toyuq məhsullarıdır.
Gununsesi.info pəhriz saxlayanlar üçün dadlı yemək resepti təqdim edir. “Toyuq şarları” adlanan naharın hazırlanmasında toyuğun filesi, yumurta, soğan, sarımsaq və bibərdən istifadə olunur.
İnqridientlər:
500 qr. Toyuq filesi
1 soğan
1 yumurta
200 ml yağsız qatıq
3 diş sarımsaq
Hazırlanma qaydası:
1. Toyuğun filesini biraz döyüb, xırda doğrayırıq. Sonra xırda doğranmış soğanı, duzu, bibəri çırpılmış yumurtanın içinə əlavə edirik və yaxşıca hamısını qarışdırırıq.
2. Əldə ediləndən balaca toplar hazırlayıb – formaya qoyuruq. 180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişiririk.
3. Şariklər bişərkən, sarımsaq ilə qatığı qarışdırırıq.
4. Formanı sobadan çıxarıb, üstünə sous əlavə edirik və yenidən 15-20 dəqiqəyə sobaya qoyuruq.
Gülnaz Qənbərli
Gununsesi.info