Fələstinin HƏMAS hərəkatının silahlı qanadı bəyanat yayıb ki, İsraildəki əməliyyat zamanı 35-dən çox İsrail əsgəri və mühacirlər əsir götürülüb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı HƏMAS-a istinadən “Əl-Hədas” telekanalı yayıb.
“İzzəddin əl-Qəssam briqadaları (HƏMAS-ın hərbi qanadı – red.) 35-dən çox israilli əsgər və mühaciri əsir götürərək Qəzza zolağına daşıyıb”, – deyə məlumatda bildirilib.
Səid Əhmədli
Gununsesi.info