Əsir mübadiləsi razılaşmaları çərçivəsində Həmas blokadada olan Qəzza zolağında olan 11 israilli girovu Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə təhvil verib.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Ümumilikdə indiyədək razılaşmaya əsasən 51 israilli girov azad edilib.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari daha əvvəl bildirmişdi ki, İsrail həbsxanalarından 33 fələstinli məhbus 11 israilli məhbusun əvəzində azad olunacaq.
O qeyd edib ki, azadlığa buraxılacaq fələstinli məhbuslardan 30-u 18 yaşından kiçik uşaqlar, 3-ü isə qadındır.
Gununsesi.info