
İsrail Müdafiə Ordusu HƏMAS Hava Qüvvələri komandiri Asem Abu Rakabı zərərsizləşdirib.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Asem Abu Rakab oktyabrın 7-si Qəzza zolağı ətrafındakı yaşayış məntəqələrində qətliam törədilməsinin planlaşdırılmasında iştirak edib. O, həmçinin paraplanlarda İsrailə daxil olan terrorçulara rəhbərlik edirdi.
Gununsesi.info