HƏMAS iki Rusiya vətəndaşının azad edildiyini açıqlayıb.
Gununsesi.info-nun məlumatına görə, HƏMAS açıqlamasında bildirib ki, azadlığa çıxan iki məhbus Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib.
Öz növbəsində İsrail mətbuatı onların Rusiya vətəndaşlığı olan iki israilli olduğunu yazıb.
Noyabrın 26-da Həmas həm də Rusiya vətəndaşlığı olan israilli məhbusu azad edib.
Gununsesi.info