HƏMAS-ın İsrailə hücumu nəticəsində 9 ABŞ vətəndaşı həlak olub

  • By admin
  • 10 Oktyabr 2023 09:11

ABŞ Dövlət Departamenti HƏMAS-ın hücumu nəticəsində 9 ABŞ vətəndaşının öldüyünü təsdiqləyib.

Gununsesi.info  bildirir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu mövzuda “Anadolu” agentliyinə yazılı açıqlama verib.

Ölənlərin yaxınlarına başsağlığı verən Miller qeyd edib: “Biz vəziyyəti yaxından izləməyə davam edirik”.

Miller 9 ABŞ vətəndaşının ölümünün rəsmi olaraq təsdiqləndiyini bildirib.

Bölgədə yerini müəyyən edə bilməyən ABŞ vətəndaşlarının da olduğunu qeyd edən Miller, “İsrailli tərəfdaşlarımızla yaxından işləməyə davam edirik” sözlərini yazıb.

Səid Əhmədli
Gununsesi.info