HƏMAS-ın komandirlərindən biri öldürüldü

  • By admin
  • 01 Noyabr 2023 08:34

İsrail ordusu blokada altındakı Qəzza zolağının şimalında Fələstinin HƏMAS-ın komandirlərindən birinin öldürüldüyünü açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin məlumatında deyilir.

Açıqlamaya görə, “İsrail döyüş təyyarələri Şin Bet (Şabak) təşkilatının daxili kəşfiyyat məlumatlarına əsasən, HƏMAS-ın Beyt Lahiya batalyonunun komandiri Nəsim Əbu Asinanı məhv edib.

Əbu Ajinanın əvvəllər HƏMAS-ın “hava qüvvələrinin komandiri” olduğu və pilotsuz təyyarələrin və planerlərin təchiz edilməsində mühüm rol oynadığı, Əbu Asinanın 7 oktyabrda Qəzza zolağı ətrafındakı yaşayış məntəqələrinə “döyüşçülər” göndərdiyi qeyd edilir.

Ordunun mətbuat xidməti əlavə edib ki, Qəzzada İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar davam edir.

“İsrail Hərbi Hava Qüvvələri düşmən obyektlərinə zərbələr endirməkdə və düşmən infrastrukturunu məhv etməkdə davam edir. Son 24 saat ərzində 300-ə yaxın hədəfə hücum edilib”, – məlumatda deyilir.

İsrail-Fələstin münaqişəsinin son gərginləşməsindən sonra həlak olan İsrail hərbçilərinin sayı 315-ə çatıb.Bunu bundan əvvəl İsrail ordusunun sözçüsü Daniel Haqari keçirdiyi brifinqdə bildirib.

Gununsesi.info