HƏMAS–ın mənəvi lideri Şeyx Əhməd Yasinin nəvəsi Əli Əbu Aca Qəzza zolağının bombalanması nəticəsində ölüb.
Gununsesi.info xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.
Məlumata görə, Əli Əbu Aca jurnalistika ilə məşğul olurmuş.
Qeyd edək ki, Əhməd Yasin HƏMAS-ın qurucularındandır. O, 1937-ci il yanvarın 1-də Əl-Curada anadan olub. 2004-cü il martın 22-də Qəzza zolağında 67 yaşında İsrail hərbçiləri tərəfindən öldürülüb.
Gununsesi.info