“Həmas” İranı təmsil edən bir zehniyyətə malikdir -Fazil Mustafa

  • By ilhame
  • 09 Oktyabr 2023 19:05

“”Həmas”la İsrail hazırkı dövrdə ən gərgin anını yaşayır. Müharibənin başlanmasının müxtəlif səbəbləri var. Çünki “Həmas” İranı təmsil edən bir zehniyyətə malikdir”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa bu gün Fələstinin “Həmas” təşkilatının İsrailə hücumunu şərh edərkən deyib.

Deputatın sözlərinə görə, İsrail öz təhlükəsizliyini təmin etmək üçün anti-terror əməliyyatlarına başlamağa atmağa məcbur olub:

“Bu proseslərin baş verməsində İsrailin Türkiyə və Səudiyyə Ərəbistanla yaxınlaşmasının da müəyyən rolu var.  Çünki “Həmas”ı əsasən İran dəstəkləyir. Bu yaxınlaşma İranı narahat edirdi. Bölgədə müharibənin olması heç kimin xeyrinə deyil. Görünür ki, bunu istəyən qara qüvvələr bölgənin qarışdırılması üçün bu addımı atırlar”.

Deputat qeyd edib ki, Azərbaycanın həm İsraillə həm də Fələstinlə normal münasibətlərimiz var:

“Ona görə də müharibənin olmasının əleyhinə və bu proseslərin dinc yolla həll olmasının tərəfdarıyıq”.

Gununsesi.info