
Mühasirəyə alınmış Qəzza zolağından başlanan hücumlarda həlak olan israillilərin sayı 1200-ü keçib.
Gununsesi.info xəbər verir ki, “Yedioth Ahronoth” qəzetinin İsrail rəsmilərinə əsaslanaraq dərc etdiyi məlumatda HƏMAS-ın silahlı qanadı İzad-Din əl-Qəssam briqadaları tərəfindən həyata keçirilən “ƏlƏqsa tufanı” əməliyyatında ölənlərin sayının 1200-ə çatdığı bildirilib.
Məlumatda HƏMAS-ın hücumlar zamanı əsir götürdüyü israillilərin sayının 200-dən çox olduğu bildirilir.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailə qarşı “Əl-Əqsa tufanı” əməliyyatının başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.
Buna cavab olaraq İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı onlarla döyüş təyyarəsindən istifadə edərək Dəmir Qılınclar əməliyyatına başladığını elan edib.
Fələstin Səhiyyə Nazirliyi çərşənbə axşamı bildirib ki, İsrailin Qəzza zolağında və İordan çayının qərb sahilində həyata keçirdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 260-ı uşaq və 200-ü qadın olmaqla 900 fələstinliyə çatıb. Nazirliyin məlumatına görə, yaralıların sayı 4250 nəfəri ötüb.
İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, son hücumlar nəticəsində azı 1200 israilli ölüb, 2600-dən çoxu yaralanıb.
Səid Əhmədli
Gununsesi.info