
Qəzza zolağına nəzarət edən HƏMAS hərakatının “İzzəddin Əl-Qəssam Briqadaları” döyüş qanadı İsrailin bir neçə şəhəri istiqamətində raketlər buraxdığını açıqlayıb.
Gununsesi.info “TASS”a istinadla xəbər verir ki, bu barədə Fələstinin “Donia Al-Watan” radiostansiyası məlumat yayıb.
Bildirilib ki, raketlər İsrailin Tel-Əviv, Hader, Aşkelon və Sderot şəhərləri istiqamətində buraxılıb.
Gununsesi.info