HƏMAS İsrailin Qəzza zolağındakı keçmiş komandanını əsir götürüb

İsrailin Qəzza zolağındakı diviziyasının keçmiş komandanı, briqada generalı Nimrod Aluni HƏMAS silahlıları tərəfindən əsir götürülüb.

Məlumata görə, o, 2022-ci ilin avqustunadək İsrail ordusunun Qəzza zolağında komandan olub.

Bildirilib ki, HƏMAS silahlıları onu yaşadığı evin yanında tutublar. Generalın evi Fələstinlə sərhəddə yerləşir.

Briqada generalının sərbəst buraxılması istiqamətində HƏMAS-la İsrail nümayəndələri arasında danışıqlar gedir.

 

Gununsesi.info