HƏMAS-la müharibədə İsrailin 311 hərbçisi ölüb

  • By ilhame
  • 28 Oktyabr 2023 14:41

HƏMAS-la müharibədə İsrailin 311 hərbçisi ölüb.

Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Həqari oktyabrın 28-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, oktyabrın 28-də gecə saatlarında keçirilən əməliyyat nəticəsində İsrail Müdafiə Ordusunun 2 hərbçisi ölüb.

Qeyd olunub ki, 2006-cı ildə İkinci Livan müharibəsi nəticəsində 121 israilli hərbçi ölmüşdü.

İsrail ordusu 1973-cü ildə ərəb-İsrail müharibəsində ən böyük itkiyə məruz qalıb. Onda yəhudi dövlətinin ordusu 2 656 itki verib.

Gununsesi.info