HƏMAS meydan oxudu: “Sürprizləri gözləyin”

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadalarının sözçüsü Əbu Həmzə Fələstin xaricində hazırlıqlara başladıqlarını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, yerli mənbələr Qəssam Briqadalarının bir çox nöqtədə İsrail qüvvələrinə qarşı eyni vaxtda əməliyyatlara başladığını bildirib. Çoxlu zirehli texnikanın məhv edildiyi bildirilib. Onlarla İsrail əsgərinin öldüyü bildirilir.

“Əl-Mayadeen”in Qəzzadakı müxbiri bildirib ki, sahil bölgəsində İsrail ordusu və bəzi İsrail qüvvələri ilə əlaqə tamamilə kəsilib.

Qüds briqadalarının sözçüsü Əbu Həmzə də Fələstin xaricində hazırlıq gördüklərini bildirib.

”Müharibə artıq Qəzzə ilə məhdudlaşmır. Biz Fələstin xaricində də hazırlıqlar etdik. Əhvalımız yüksəkdir. Ürəklərinizi sakitləşdirəcək sürprizlər görəcəksiniz”, – deyə sözçü bildirib.

Gununsesi.info