Həmidə Ömərova “Aşura” adlı filmdə çəkilir

  • By admin
  • 13 Oktyabr 2016 18:10

omarova-hamida

Xalq Artisti Həmidə Ömərova “Aşura” adlı qısametrajlı filmdə çəkilir.

Gununsesi.info-nun məlumatına görə,  filmin rejissoru Mehdi Yaqubov bildirib ki, ekran əsərində Aşura mərasimi haqqında səhnələr yer alıb. Həmidə Ömərova ekran əsərində yaratdığı obrazın dili ilə qızına və nəvəsinə bu mərasimlərlə bağlı məlumatlar verir.

Ssenari müəllifi bu filmdə insanları düşündürməyə çalışdığını bildirib. Ekran əsərində Xalq Artisti Həmidə Ömərova ilə yanaşı, aktrisalar Rada Nəsibova və Nigar Məmmədli də çəkiliblər.

Bu ekran əsəri rejissorun ikinci qısametrajlı filmidir.

Gununsesi.info