Yazıçı-jurnalist Həmid Herisçi xəstəxanaya yerləşdirilib. Həmid Heriscinin son vəziyyəti açıqlanıb.
Gununsesi.info xəbər verir ki, Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisci qızılca diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə onun həyat yoldaşı İlhamiyyə Rza sosial şəbəkədə məlumat yayıb. O, Həmid Herisçinin qızılcaya yoluxduğunu bildirib:
“Həmid modul tipli xəstəxanaya yerləşdirilib. Ümid edirəm ki, dualarınızla tezliklə sağalacaq”.
Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir.
Pasientin vəziyyəti ağır qiymətləndirilir.
Gununsesi.info